Menu

header photo

Bakı Şəhər Turu

555;300;3ed95b91d089cace8293406c5e75bdbf26cf02ee555;300;e890f83a4a9a58cf30197ce13e17078abe4b8152555;300;ed5c5b992384b2b8db00f47f7766253883349ce1555;300;b206bf07a321a7ce8820f1cb88f343014dfaa7ac555;300;a9bbc92b26dc48595499d403b67bf0994354722d555;300;4b19a2511576b74edc14e7d40d091fe3c3b01899555;300;8ee919cdadd901365d9ee42754cb8e229749c3ce555;300;f2e83ec5dbae9d43c9a01177d63c598ec661bf57555;300;f99cf1d2a1f5079601f022d5f5a204d92df8a8e4555;300;3f8c4c9fc2ae622141af943a8f496d96fa33392f555;300;770824c2cc13dc29de722370d9fffc41cb76d22f555;300;104ec044b063e06338ef90473e9eb333449514c1

Azerbaycanın paytaxtı Bakı ölkənin elm-sənayə və həmçinin əsas mədəniyyət mərkəzlərindən biridir. Keçmiş və bu gün arasında adətən bir körpü yolunu oynayan şəhər həmişə turistləri özünə cəlb etmişdir .Qonaqların  ilgisini əsasən dörd bir yanı qala divarlarıyla çevrili İçərişəhərədir. Bu açıq hava muzeyi Qız Qalası ilə birgə UNESCO-nun ümumdünya irsləri sırasındadır.Qalanın arxitektural görünüşü özünün unikallığı ilə seçilir .Şirvan hakimlərinin  qədim igamətgahı olan Şirvanşahlar sarayı da daxil olmaqla 44  orta əsr memarlığının 44 abidəsini özündə cəmləşdirir.

Azerbaycanın istənilən tarixi – memarı bölgəsi turistlərin marağına səbəb olsa da Bakının müxtəlif abidələri bu marağı daha da körükləyir.

Şəhərin müasir görnüşü qonaqların böyük marağındadır. Bakının yeni simvolları sırasına "Flame Towers", 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi "Crystal Hall" İdman və İstirahət Kompleksini, Heydər Əliyev adına Mədəniyyət Mərkəzini və digərlərini göstərmək olar.

Şəhər Dənizkənarı Parkıdır (və ya Bulvar) isə həm yerli sakinlər həm də şəhərin qonaqları üçün sevilən gəzinti mekanıarındandır.

Bakıda həmçinin bir çox alış-veriş mərkəzləri, butiklər, kino teatrları, konsert və sərgi yerləri, muzeylər, restoranlar və dünya şöhrətli  brend  otellər də fəaliyyət göstərməkdədir. 
Yeri gəlmişkən, Avropanın ən böyük daxili əyləncə mərkəzi - Megafun da Azərbaycanın paytaxtındadır. Və bu hamısı deyil! 18 metr genişlikdə ekranı olan, Qafqaz regionunun ən böyük kino mərkəzi  Nizami Kino Mərkəzi  də məhz Bakı da yerləşməktədir.

Bunun xaricində siz Bakıda dünya ulduzlarının Kristal Hall və Heydər Əliyəv Adına Sarayda çıxışını izləyə bilər həmçinin Azərbaycan Dövlət Filarmoniyası və Dövlət Akademik Opera və Balet Teatrında klassik və simfonik musiqidən zövq ala bilərsiniz.

Bununla birgə hər payız Bakıda ənənəvi caz festivalı keçirilir. Siz həmçinin muzeylərə, sənət qalleriyalarına baş çəkə, uşaqlarla Luna Parka, zooparka gedə, Bulvardakı Venesiya şəhərciyində qayıqla gəzə bilərsiniz.

Bakı-moda şəhəri. Armani, Versace, Gucci, Dolce & Gabbana, Prada kimi dəbli ayaqqabı və geyim mağazaları da məhz Bakı bulvarının qarşısındaki Neftçilər prospekti boyunca düzülmüşdür.